Dekabrın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda “Əmanətlərin tam sığortalanması haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunacaq.
İclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini Vüqar Abdullayev. Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov, Azərbaycan Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Məlikova qanun layihələri ilə bağlı rəylərini bildirəcəklər.
Layihələrin müzakirəsindən sonra komitə üzvləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Tapdıq oğlu Gülməmmədovun namizədliyinə dair fikirlərini ifadə edəcəklər.