Dekabrın 4-də İstanbuldan Çinə yola salınan ixrac yük qatarı dekabrın 9-da gecə saatlarında Gürcüstanın Axalkalaki stansiyasına çatıb. Türkiyə istehsalı olan məişət texnikası ilə yüklənmiş 42 konteyner Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 12 gün ərzində Çinə çatmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən məlumat yayıb.
Bildirilir ki, BTQ ilə Türkiyədən Çinə ixrac qatarının hərəkət etməsi mühüm hadisədir. Belə ki, bu günə qədər orta dəhliz ilə yüklər Çindən Avropaya nəql olunub. BTQ yüklərin daha tez çatdırılmasında çox mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, bu ilin yanvar-oktyabr aylarında BTQ dəmir yolu xətti ilə 1260 TEU konteyner daşınıb. Bu, illik müqayisədə 371,9 faiz və yaxud 4,7 dəfə çoxdur.
Məlumata görə, qatar Gürcüstandan sonra Azərbaycan və Qazaxıstandan keçməklə Çinin Sian əyalətinə çatacaq. Plana əsasən, qatar 12 gündə 8693 kilometr məsafə qət etməlidir, onun 220 kilometri Gürcüstan ərazisinə düşür.