Naxçıvanda 62 min hektar sahədə əkin keçirilib

A- A A+
 NUHÇIXAN xəbər verir ki, muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. 2018-ci ilin məhsulu üçün muxtar respublikada 62 min hektara yaxın  sahədə əkin aparılıb. Bundan 32  min hektardan artığı  taxıl sahələrini əhatə edir. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir. Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və bu il  3215 hektar sahədə kartof əkilib. Bu da ötən ilə nisbətən çoxdur. 2018-ci ildə muxtar respublikada yeni yaradılan tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparılıb. Bu isə  bir il öncəki göstəricidən 32,5 hektar çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: