Naxçıvanda sahibkarlara 10 milyon manatdan artıq kredit verilib

A- A A+
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər görülür. Bu məqsədlə 2018-ci ilin ilk yarımilində muxtar respublikada sahibkarlara 10 milyon 14 min 900 manat kreditlər verilib.  Bu ­kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 4 milyon 278 min 500 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 9 hüquqi və 1135 fiziki şəxs qeydiyyata alınıb. . Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Naxçıvan Muxtar Respublikasında bu ilin  yanvar-may aylarında orta aylıq əməkhaqqı 420,7 manat olub. 2017-ci ilin müvafiq dövründəki göstəricilərlə müqayisədə bu 1,6 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: