“Azərbaycan hökumətində yeni bir mexanizmin tətbiqinə hazırlıq gedir. Bu mexanizm “Qarabağ” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı olacaq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"Yaxın vaxtlarda bunun şahidi olacağıq", - deyə o, qeyd edib.