OPEC ilə Rusiya yeni təşkilat yaradacaq

A- A A+

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya neft bazarına dair birgə səylər artırmaq üçün 2019-cu il yanvarın 1-dən yeni təşkilat yaradacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, Rusiya və OPEC yeni bir təşkilat yaradacaq və bu təşkilat gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

A.Novak, həmçinin zəruri hallarda 2018-ci ildən sonra neft hasilatının məhdudlaşdırılacağını da qeyd edib.

Qeyd edək ki, ötən ay OPEC kartelə üzv olmayan, lakin neft istehsalının azaldılmasına dair sazişdə təşkilata dəstək olan Rusiyaya OPEC-ə müşahidəçi qismində qoşulmağı təklif etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: