Yeni bazarda ilk yarmarka - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək şəhərində yeni istifadəyə verilmiş bazar kompleksində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

Təşkil olunan yarmarkaya 75 ailə təsərrüfatçısı tərəfindən 130 çeşiddə, 2900-ə yaxın qablaşdırılmış məhsul çıxarılıb. Rayonun şəhər, qəsəbə və kəndlərindən olan ailə təsərrüfatçıları tərəfindən qarpız, qovun, alça arağı, üzüm çaxırı, qarpız doşabı, tomat, müxtəlif növ meyvə quruları, turşular, kompotlar, süd məhsulları və başqa məhsullar alıcılara təqdim olunub. Satış yarmarkada yaşayış məntəqələrinin təsərrüfatçılıq ənənələrinə uyğun məhsullar - Babək göyərtisi, Qahab lavaşı, əriştəsi, Buzqov cəvizi ən çox satılan nemətlərdən olub.

Kompleksdə heyvan və ev quşlarının satışı üçün 1250 kvadratmetr çəpərlənmiş sahə də yaradılıb.

Qeyd edək ki, ötən həftə istifadəyə verilən kompleksin açılış tədbirində Ali Məclisin Sədri bazarda ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi və yarmarkaların təşkili barədə tapşırıqlar verib. Bunun üçün bazarda hərtərəfli şərait yaradılıb, 36 satış yeri olan yarımqapalı sahə istifadəyə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: