NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı elmi konfrans “Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə baş tutub.
“Son illər Azərbaycanın sosial-iqtisadi həyatının modernləşdirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı yüksəlişə nail olub, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nailiyyətlər əldə edilib”,- deyən İqtisadiyyat kafedrasının müdiri, dosent Dilsuz Qasımov müasir dövrümüzdə dünya iqtisadiyyatının biliklər, texnologiyalar və innovasiyalar əsasında formalaşdığını diqətə çatdırıb.
Daha sonra mövzu ilə bağlı ali təhsil ocağının müəllim və tələbələrinin məruzələri dinlənilib.
Qeyd olunub ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağın azad edilməsi uğrunda aparılan 44 günlük müharibə təkcə bu regionda deyil, bütün dünyada çox geniş rezonans doğurub. Bununla da Azərbaycanın region üçün ən etibarlı tərəfdaş olduğu tam olaraq öz təsdiqini tapdı, eləcə də regionda Azərbaycanın iştirakı ilə yeni iqtisadi layihələrin işlənməsinə zəmin yaratdı.
Seyfur Hacımuradov