Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən dövrdə muxtar respublikada 2 milyard 556 milyon 891 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur. Həmçinin bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən illə müqayisədə 2% artaraq 5550, 2 manat olub. Qeyd edək ki, ümumdaxili məhsul istehsalı üzrə ilk yeri tutan sənaye tutur. Ötən illə müqayisədə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox 976 milyon 182 min 300 manat dəyərində məhsul istehsal olunub.