Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilib. 2020-ci ilin yanvar-noyabr aylarında 458 milyon 7 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da ötən illə müqayisədə 4,3 faiz çoxdur.