NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən xəbərdə bildirilir. Belə ki, muxtar respublikada təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2020-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 795 min 700 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 30 faiz çoxdur. Verilmiş kreditlərin 10,5 faizi qısamüddətli, 89,5 faizi uzunmüddətli kreditlərdir.