Nazirlər Kabineti ictimai nəqliyyatın hərəkəti ilə bağlı yeni Qərar qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək, 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək, 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək ölkədə ictimai nəqliyyatın hərəkəti dayandırılır.