Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya (Azərbaycan) reysləri bərpa etməyə qərar verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Ukranews” məlumat yayıb.
Şirkətdən bildirilib ki, aviareyslərin biletləri artıq satışdadır.
Dekabrın 30-dan başlayacaq reyslər hər çərşənbə və bazar günləri Kiyevdən, hər bazar ertəsi və cümə axşamı isə Bakıdan həyata keçiriləcək.