G20-nin maliyyə nazirləri dünya iqtisadiyyatı üçün əsas risk amillərini açıqladılar

A- A A+

G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri dünya iqtisadiyyatı üçün əsas risklərin nədən ibarət olduğunu açıqlayıblar.

NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, G20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi banklarının rəhbərlərinin Buenos-Ayresdə keçirdikləri iclasın yekun sənədində dünya iqtisadiyyatının əsas qısamüddətli və ortamüddətli riskləri sırasında ticarət və geosiyasətdə gərginliyin artması, maliyyə kövrəkliyi, habelə qeyri-bərabərlik və strukturun zəif inkişafı amilləri qeyd olunur. Bildirilir ki, dünya iqtisadiyyatının inkişafı davam edir, lakin inkişaf etməkdə olan ölkələr bazarlarda qiymət dəyişikliyinə və kapital axınına qarşı mübarizə aparırlar. Tərəflər risklərin monitorinqini davam etdirmək, onları yumşaltmaq niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: