2021-ci ildə isə ölkə ərazisində daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
O qeyd edib ki, hazırda respublika ərazisində 62 stansiya vasitəsi ilə tədqiqatlar aparılır.