NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin birinci yarımilində muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 122 min 87 baş, qoyun və keçilərin sayı 768 min 820 baş olmuşdur ki, bu da 1 iyul 2017-ci il tarixə olan göstəriciləri 1,7 və 1,9 faiz üstələyib. 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 12 min tondan artıq ət, 48 min tondan artıq süd istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 və 1,9 faiz çoxdur. Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 6 ay ərzində 2 quşçuluq və 1 balıqçılıq təsərrüfatları yaradılıb. 1 balıqçılıq təsərrüfatı isə öz istehsal sahəsini genişləndirib.