2020-ci ildə muxtar respublikada 1 milyard 40 milyon 475 min manat dəyərində sənaye məhsulu istehsal edilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edərkən deyib.
Ali Məclisin sədri bildirib ki, sənayenin dövlət sektorunda 68 milyon 245 min manatlıq, qeyri-dövlət sektorunda 972 milyon 230 min manatlıq məhsul istehsal edilibdir. “Cari ildə sahibkarlara 30 milyon 909 min manat kredit verilib, 119 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb”,-deyən Ali Məclisin Sədri qeyd edib ki, sahibkarlığın hazırkı inkişaf səviyyəsinin nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.