NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.
Nazir bildirib ki, 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir texnologiyalarının tətbiqi ilə Naxçıvan şəhərində avtomobil istehsal sahəsinin genişləndirilməsinə, enerji içki istehsalı sahəsinə, su taralarının, kapsul və qapaq sahəsinə və digər sənaye sahələrinə ümumilikdə 11 milyon 297 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz çoxdur.