Dünya Bankı: Azərbaycan iqtisadiyyatı inkişaf edəcək

A- A A+

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu proqnoz Dünya Bankının bu gün dərc edilmiş “Global Economic Prospects”in (“Dünya iqtisadiyyatının perspektivləri” - red) yanvar hesabatında yer alıb.

Dünya Bankının ekspertləri növbəti ildə də Azərbaycanla bağlı nikbin proqnozlar irəli sürüblər. Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

"Azərbaycanda iqtisadi fəallıq neftin qiymətlərinin sabitləşməsi nəticəsində artacaq. Azad edilmiş ərazilərin bərpasına sərmayələr və xərclər də öz töhfəsini verəcək", - hesabatda vurğulanır.

Həmçinin qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında bağlanmış sülh razılaşması regionda geosiyasi gərginliyin azalmasına imkan yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: