Naxçıvanda ötən il istehsal olunmuş elektrik enerjisinin 48,6 faizini alternativ və bərpaolunan enerji təşkil edib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,bu fikri altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında çıxış edən Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov səsləndirib. Ölkənin digər regionlarında isə bu göstəricinin 5 faiz təşkil etdiyini deyən komitə sədri vurğulayıb ki, muxtar respublikada bu sahədə qazanılmış uğurlar enerji təhlükəsizliyi sahəsində həyata keçirilən aktiv siyasətin bariz nümunəsidir.