NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində kollegiya iclası keçirilib. İcra başçısı Rasim Hüseynov bildirib ki, qəbul olunan dövlət proqramlarının uğurlu icrası nəticəsində bu il də rayonda geniş tikinti quruculuq tədbirləri həyata keçirilir. Hazırda rayonun ucqar dağ və sərhəd kəndləri olan Aşağı və Yuxarı Buzqovda kompleks quruculuq işləri, Babək qəsəbəsində 4 mərtəbəli inzibati binanın əsaslı surətdə yenidən qurulması, rayon elektrik şəbəkəsi üçün yeni binanın və 7 mərtəbəli 28 mənzilli yaşayış binasının tikintisi, həmçinin Babək qəsəbə məscidində təmir-bərpa işləri davam etdirilir.
2018-ci ilin birinci yarısında rayonun Nehrəm kəndindəki “İmamzadə” türbəsi, eləcə də Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. Şəkərabad kəndi yaxınlıqdakı hərbi hissə və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla, 5 minə yaxın insan təmiz içməli su ilə təmin olunub.
Qeyd olunub ki, aqrar rayon olan Babəkdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli şərtlərlə sahibkarlara 34 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb. Hesabat dövrü ərzində rayonda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilib. Belə ki, ötən dövr ərzində 1 hüquqi və 173 fiziki şəxs qeydiyyata alınıb.
Məruzə ətrafında çıxışlar olub.
Rasim Hüseynov bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında verilən tapşırıqların uğurla icrası üçün müəyyən işlər görülür.Novruz Məmmədov