Muxtar Respublikamızda əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə görülən işlər çərçivəsində Babək rayonunun Şəkərabad kəndində su və kanalizasiya sistemlərinin qurulmasına başlanılıb.
Naxcivantv.az-ın məlumatına görə bir neçə müddətdir ki, Babək rayonunun Şəkərəbad kəndində su və kanalizasiya sistemlərinin qurulmasına başlanılıb. Tikinti işləri “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı-III” layihəsi çərçivəsində həyata keçirilir. Layihəyə əsasən kənddə müxtəlif diametrli borularla içməli su və kanalizasiya xətləri çəkilir. Su xətlərinin isə çəkilişi ilə yanaşı, ev birləşmələri də aparılır, sayğaclar quraşdırılır. Tikinti işlərinin bu ilin may ayının sonlarında yekunlaşdırılması nəzərdə tutulub.
Muxtar Respublikamızda ekologiyanın qorunması, eyni zamanda çirkab sularının yenidən təmizlənərək kənd təsərrüfatında istifadəsi üçün də mühüm işlər görülür. Naxçıvan şəhərində 2014-cü ildən inşa olunan membrantipli çirkab sutəmizləyici qurğunun inşası başa çatıb. Kompleksdə müasir texnoloji avadanlıqlar quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Təmizlənmiş su ozonla dezenfeksiya olunduqdan sonra suvarma hovuzuna verilir. Məlumat üçün bildirək ki, qurğunun xidmət göstərdiyi ərazi Naxçıvan şəhəri, Qaraçuq, Qaraxanbəyli, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Xəlilli və Şıxmahmud kəndləridir. Təmizlənəcək sudan 500 hektar ərazinin suvarma suyu ilə təmin etmək mümkün olacaqdır. Bio reoktor membran tipli çirkab sutəmizləyici qurğu gün ərzində 32000 kubmetr su təmizləmə gücünə malikdir.
Şahbuz şəhərində də çirkab sutəmizləyici qurğuda işlər davam etdirilir. Qurğunun ətrafında 220 metr istinad divarı tikilib, hovuz ətrafında 180 metr drenaj xətti çəkilib, hovuzların dəmir-beton işləri başa çatdırılıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.