İşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib
İşğaldan azad olunan ərazilərdə inşa prosesində həyata keçiriləcək işlərin təşkili Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.