Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemində qurulmuş yeni modulun “Ödəniş tapşırığı” sənədlərinin daxil edilməsi və baxılması bölməsinin praktiki izahı adlı təlimlərə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2 saat ərzində davam edən təlimə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təşkilatlardan 12 maliyyə-mühasibat işçisi cəlb olunub.
Əvvəlcə təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verilib.
Təlimdə Nazirliyin şöbə müdiri Vüsal Əsədov portalda olan yeniliklərin davam etdirilməsi üçün təkmilləşdirmə işlərinin mütəmadi olaraq davam etdiriləcəyini bildirib. Sonda sistemlə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.