Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib - VİDEO
"Azərişıq" ASC Şuşa şəhərini elektrik enerjisi ilə təchiz edib.
Qurumdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidi və əsas küçələr işıqlandırılıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirmişdi.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoydular. Məhz müzəffər ordumuzun düşməni qovması nəticəsində 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.