İşğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, qətiyyəti, iradəsi və əzmi, rəşadətli Ordumuzun şücaəti və qəhrəmanlıq nümayişi ilə ötən ilin sonuna yaxın tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilən şəhər və rayonlarına marşrutların açılması üzrə pasportlar hazırlanıb. Daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr hazırlanıb.