Muxtar respublikada torpaq mülkiyyətçilərinin tələbatdan artıq istehsal etdikləri məhsulların satış qiyməti bəlli olub
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu il muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarından Gəmiqaya Taxıl Məhsulları MMC və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarının satın alma qiymətləri bəlli olub. Belə ki, arpa 35 qəpikdən, qarğıdalı 40 qəpikdən, buğda 42 qəpikdən ödənişi yerində həyata keçirməklə satın alınacaq.
Qeyd edək ki, yaranacaq suallarla bağlı aşağıda göstərilən əlaqə nömrələrinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi –
(036)-545-75-77, (050)-615-58-25
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi -
(036)-545-20-39, (050)-250-10-63
Gəmiqaya Taxıl Məhsulları MMC -
(070)-250-85-81