Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 907 milyon 810 min 500 manat olub. Bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 1,8 faiz artaraq 6310,4 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 59,3 faiz təşkil edib.
Həmçinin 2019-cu illə müqayisədə 2020-ci ildə sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,6 faiz, informasiya və rabitə xidmətləri 5,2 faiz artıb.