AZAL-ın vitse-prezidenti: Kəlbəcər və ya Laçında hava limanının tikintisi üçün yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır
Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi üçün yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Etibar Hüseynov deyib.
O bildirib ki, sözügedən ərazilərin relyefi mürəkkəb olduğuna görə, uçuşların təhlükəsizliyi baxımından burada olduqca geniş araşdırma işləri aparmaq lazımdır. Həmin ərazidə tikilən aeroport beynəlxalq standartlara cavab verəcək. Yeni aeroportun ərazisi cari il aprel ayının sonunadək müəyyən olunacaq.