Rusiya ilə Azərbaycan arasında aviareyslər bərpa olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, fevralın 15-dən Rusiya Azərbaycanla aviasiya əlaqəsini bərpa edir. Sərnişin təyyarələri həftədə iki dəfə Moskva-Bakı marşrutu ilə uçuşlar həyata keçirəcək.
Xatırladaq ki, ötən ilin martında koronavirus pandemiyası ilə əlaqədar Rusiya ilə Azərbaycan arasında aviareyslər dayandırılmışdı.