Mühasiblər üçün keçirilən iki günlük təlimə yekun vurulub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində "Qisamüddətli aktivlərlə bağlı əmaliyyatların uçotda əks etdirilməsi" mövzusundakı 2 günlük təkmilləşdirici təlim keçirilib. Təlimə maliyyə-mühasibat işçiləri cəlb olunub.
Təlimdə iştirakçılara slaydlar vasitəsilə "Qısamüddətli aktivlərin təsnifatı və qiymətləndirilməsi, aktivlərlə bağlı əməliyyatların mahiyyəti və balans hesabatına təsiri" ilə bağlı məlumatlar verilib. Təlimin sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib va müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim edilib.
Röyal Kərimov