"Türk hava yolları" aviaşirkəti Gəncə şəhərinə uçuşları bərpa etməyi planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.
Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir:
"Bu amilləri nəzərə alaraq biz Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırırıq".
Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur.