Rusiya rəsmi olaraq Azərbaycanla müntəzəm aviareysləri bərpa edir.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, müvafiq qərar 3 fevral tarixində Rusiya hökuməti tərəfindən elan edilib.
Ölkələrin aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər. Rusiyanın “Aeroflot” aviaşirkəti ötən həftə bildirib ki, fevralın 17-dən etibarən Bakıdan həftədə iki uçuş həyata keçirməyi planlaşdırır.
Azərbaycanın milli hava yolları şirkəti “Azal” 17 fevraldan etibarən Moskvaya xüsusi uçuşlar həyata keçirməyi planlaşdırdığını açıqlayıb. Bununla birgə, turistlər üçün Azərbaycana giriş hazırda bağlı olaraq qalır. Ölkəyə yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşlığı olan əcnəbilər, iş icazəsi və ya oturma izni olan əcnəbilər və tələbələr daxil ola bilərlər. Bütün kateqoriyalardan olan vətəndaşlar iki həftəlik karantin rejimində qalmalı və uçuşdan 48 saat əvvəl keçirilən koronavirus testinin nəticələrini təqdim etməli olacaqlar.