Naxçıvanda 25 mindən artıq daşınmaz əmlak obyekti plana alınıb

A- A A+

Bu gün Şərur Rayon İcra Hakimiyyətində “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Camalov və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadənin də iştirak etdiyi müşavirədə bildirilib ki,  Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədri 2 aprel 2016-cı il tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, 2020-ci ilədək muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı  torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcək.  Bütün işlərin nəticəsi barədə məlumatlar həmin sistemə daxil ediləcək. Tədbirdə bu istiqamətdə görüləcək işlərlə bağlı geniş məlumat verilib.

Qeyd olunub ki, muxtar respublikanın bir neçə kənd və qəsəbələrində həyətyanı torpaq sahələrinin elektron taxeometr vasitəsilə planlama işləri başa çatıb. Ümumilikdə, muxtar respublika üzrə 25 mindən artıq daşınmaz əmlak obyekti plana alınıb. O cümlədən, Şərur rayonu üzrə  Mahmudkənddə 1078, Tumaslı kəndində 478, Yengicə kəndində 1242, Təzəkənddə 84, Diyadin kəndində 134, Zeyvə və Düdəngə kəndlərində 1776 daşınmaz əmlak obyekti plana alınıb.

                                                                                                    Vüsal Muradov

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: