Nazirlər Kabineti Ankarada fevralın 19-da keçirilən Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının sonunda iqtisadi əməkdaşlığa dair imzalanan sənədlərin siyahısını açıqalyıb.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Nazirlər Kabinetinə istinadən məlumat verir.
Həmin sənədlər aşağıdakılardır:
- Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol;
- Halal akkreditasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
- Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Əməkdaşlıq Protokolu;
- Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Azərbaycan-Turkiyə iqtisadi əməkdaşlığına dair fəaliyyət planını Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay imzalayıblar.
İmzalamadan sonra Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay mətbuata açıqlama ilə çıxış ediblər.
Qeyd edək ki, iclasda 8-ci iclasda qəbul olunmuş qərarların həyata keçirilməsinin vəziyyəti müsbət qiymətləndirilib.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə Prezidentlərinin müəyyənləşdirdiyi 2023-cü ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq haqda tapşırığı həyata keçirmək əsas hədəfdir.
Növbəti illərdə iqtisadi və ticarət əlaqələrini sürətləndirməyin yolları müzakirə olunub.