Bitkoin yenə bahalaşdı

A- A A+

Bitkoin bahalaşmağa davam edərək daha bir rekord yeniləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Binance” birjasında Bakı vaxtı ilə saat 16.18-ə olan vəziyyətə görə bitkoin ötən günə nisbətən 8,11% bahalaşaraq 56,910 ABŞ dollarından satılıb. Həmçinin “Coin MarketCap” 20-dən artıq birjadakı hərrac nəticələrinə əsasən xəbər verir ki, bitkoin bu gün 8,07% bahalaşaraq 56,960 ABŞ dollarından satılıb. Halbuki bundan bir neçə dəqiqə əvvəl məzənnə 57 min ABŞ dolları həddini aşaraq 57,076 ABŞ dollarından satılırdı.

Qeyd edək ki, bitkoin məzənnəsi hələ dekabr ayının ortalarında artmağa başlayaraq 2017-ci ildə qeyd etdiyi 20,042 ABŞ dollarlıq tarixi rekordu keçmişdi. Bir qədər fasilədən sonra fevralın 8-də İlon Maska məxsus “Tesla” şirkəti bitkoinə 1,5 milyard ABŞ dolları yatırdığını açıqlayandan sonra məzənnə artımı yenidən davam edərək artıq fevralın 16-da 50 min ABŞ dollarlıq həddi aşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: