NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda sahibkarlarla işgüzar tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev deyib ki, Proqramın icrası nəticəsində 2017-ci ilin iyun ayından başlayaraq bu günədək muxtar respublika üzrə 2834 nəfər ailə üzvü olan 622 ailənin özünüməşğulluğu təmin edilib və proqramın icrası üçün 2 milyon 289 min manatdan artıq vəsait sərf olunub. Proqrama cəlb olunan 555 ailəyə heyvandarlıq, 67 ailəyə isə xidmət, istehsal və digər sahələr üzrə aktivlər verilib. O cümlədən 622 sosial qayğıya ehtiyacı olan ailədən 164-nə verilən aktivlər müqavilədə göstərilən müddət bitdiyi üçün akt əsasında onların mülkiyyətinə keçirilib. 2020-ci ildə də 1289 nəfər ailə üzvü olan 291 ailə proqrama cəlb edilib, bu məqsədlə 1 milyon 207 min 784 manat vəsait sərf olunub.
Qeyd edək ki, Naxçıvanda “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.