Azərbaycan 2020-ci il üzrə İqtisadi azadlıq indeksində göstəricilərini yaxşılaşdırmış beş Avropa ölkəsi arasında birinci yeri tutub.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə "Heritage Foundation"a istinadən məlumat verir.
Hesabata əsasən, 2020-ci ildə Azərbaycanın mövqeləri biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı sahəsində yüksək qiymətlər sayəsində 16 pillə yüksəlib.
Azərbaycan iqtisadi azadlıq qiymətləndirməsinə görə, 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı göstəricisində isə Azərbaycanın indeksi 3,9 xal yüksəlib. Ölkə bu göstəricidə 45 Avropa ölkəsi arasında 24-cü olub.