Ötən il Babək rayonunda 40 istehsal və xidmət sahəsi yaradılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ildə rayonda dövlət maliyyə dəstəyi hesabına 36, özəl investisiya qoyuluşu hesabına 4 olmaqla, ümumilikdə 40 istehsal və xidmət sahəsi yaradılıb. Yeni yaradılmış müəssisələr əsasən plastik səbət istehsalı, meyvə arağı istehsalı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, avadanlıq, tara və etiketlərin alınması, pendir istehsalı sahələrini, eyni zamanda qarğıdalı və bostan bitkilərinin əkini, soyuducu anbar, istixana, heyvandarlıq, arıçılıq və  bağçılıq təsərrüfatlarını əhatə edir.

Ümumilikdə, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Babək rayonu üzrə 32 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 550 min manat maliyyə dəstəyi göstərilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 63 yeni iş yerləri açılıb.

Həmçinin bu il fevralın 27-də Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Babək rayonu üzrə 2 sahibkara heyvandarlıq təsərrüfatının yaradılması və arıçılıq təsərrüfatının genişləndirilməsi məqsədilə güzəştli kreditlər verilib. 

Qeyd edək ki, ötən il rayonda sənaye məhsullarının istehsalı 1,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 4,8 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: