Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.
NUHÇIXAN İnformasiya Agentliyinin APA-ya istinadən xəbər verir ki, Laçında yerləşən "Güləbird" SES-ə baş çəkən diplomatlara SES-in əvvəlki vəziyyəti barədə məlumat verilib.
"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev bildirib ki, dekabrın əvvəllərində etibarən SES-də təmir işləri aparılıb.
O, həmçinin deyib ki, bu ilin sonuna qədər Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.
Z. Quliyev əlavə edib ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq. Oradan Xankəndinə, Laçına enerji paylanacaq.
"Azərenerji" rəsmisi Qamışlıda, Kəlbəcərdə aprel ayının sonunadək bir yarımstansiyanın tikintisinin tamamlanacağını da deyib. O, Həkəri və Tərtər çayları üzərində 27 stansiya tikilib, bərpa olunacağını bildirib.