Gəncə-Naxçıvan aviareysinin bərpa edilməsi məsələsinə yenidən baxılması nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, Gəncə-Naxçıvan və Naxçıvan-Gəncə reysləri İran üzərindən yerinə yetirilir. Bu səbəbdən uçuş məsafəsinin, uçuş vaxtının 30 dəqiqədən 1 saat 8 dəqiqəyə artması reyslərin Gəncədə eniş etməklə yerinə yetirilməsində müəyyən çətinliklər yaradır. Gürcüstan və Türkiyə üzərindən uçuşlar isə bu müddətin daha da artması və əlavə maliyyə xərcləri ilə nəticələnəcək.