Badamlıda yeni zavod tikilir

A- A A+

Son vaxtlar “Badamlı”  suyuna olan tələbat nəzərə alınaraq  Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni tikilən zavodda inşaat işləri davam edir.

NUHÇIXAN xəbər verir ki, 1200 kvadratmetr ərazidə inşa olunan zavodda tikinti işləri ötən ildən başlayıb. Burada inzibati bina, istehsal sahələri, anbarlar tikilib.

Zavod əvvəlkilərdən daha böyük və yüksək texniki imkanlara malik olacaq. Əvvəlkindən fərqli olaraq zavodda  üç böyük istehsal sexi tikilir. Bu da gələcəkdə burada 200-ə yaxın qəsəbə sakininin işlə təmin olunmasına şərait yaradacaq. Suyun mənbəyində inşa edilən zavodun imkanları Badamlı mineral suyunun xarici ölkələrə ixracını da artacaq.

Zavodun bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: