“Naxçıvan Sığorta” İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarının reyestrinə daxil edilib

A- A A+

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq, “Naxçıvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib.

İSB-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iştirakçı sığortaçılarla İcbari Sığorta Bürosu arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və büronun nizamnaməsinə uyğun olaraq aparılır.

Xatırladaq ki, sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığortalar haqqında" qanunların tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: