Muxtar respublikada 2021-ci ilin yanvar-fevral aylarında 369 milyon 178 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 799,8 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 179 milyon 625 min 700 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.