Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti bir sıra istiqamətlərdə həyata keçirilən aviareyslər üzrə apreldə müəyyən dəyişikliklər edilə biləcəyini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı açıqlamada bildirilir.
Qeyd edilib ki, hazırda uçuş cədvəlinə görə aprelin 30-dək maksimum sayda aviareyslər həyata keçiriləcək: “Uçuş cədvəlində təqvim dəyişiklikləri texniki səbəblərə görə ola bilər”.
Vurğulanıb ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir: “Belə ki, ötən ilin martın 21-dən qəbul edilmiş qərara görə, 2021-ci ilin 31 dekabr tarixinədək sərnişinlər biletlərini məhdudiyyətsiz dəyişdirə bilərlər”.