Muxtar respublikada əsas kapitala yönəldilmiş vəsaitin 91,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb
Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 76 milyon 962 min 700 manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 4,4 faiz çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 70 milyon 692 min manatı və ya 91,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.