“Araz-3” MMC-də “Serebrist” cücələrin satışına başlanıb - FOTOLAR

A- A A+

Muxtar respublikada əhalinin, ailə və fərdi təsərrüfatların artan tələbatı nəzərə alınaraq yerli məhsulların istehsalı və çeşidi artırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətində ətlik və yumurtalıq “Serebrist” və digər sort cücələrin satışına başlanıb.

Bu ilin fevral ayının sonunda ailə və fərdi təsərrüfatların yumurta və cücəyə olan tələbatını ödəmək məqsədilə müəssisə tərəfindən “Serebrist” sort damazlıq yumurta gətirilərək xüsusi nəzarət altında inkubatora yerləşdirilib. Ətlik və yumurtalıq damazlıq cücə çıxarılaraq alıcılara təklif edilir.

Qeyd edək ki, istehsal sahəsi muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının cücəyə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Müəssisənin ərazisində 30 minə yaxın tutumu olan cücə bəsləmə sahəsi də yaradılıb.

                                                               Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: