NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun martın 29-da imzaladığı Sərəncamla təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qeyd olunub.
Belə ki, Dövlət Proqramında muxtar respublikada yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, qarğıdalı yağı istehsalına başlanılması nəzərdə tutulub. Həmçinin Proqrama əsasən qızılgül əkini sahələri genişləndiriləcək, gülab və gül yağı istehsalına dəstək göstəriləcək.