Mədəniyyət işçilərinin vahid elektron reyestri ilə bağlı təlimlərə start verildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 12 nəfərlik qruplar şəklində başlanan təlimlərdə muxtar respublikanın mədəniyyət müəssisələrinin maliyyə və mühasibat işçiləri iştirak edir.
3 gün müddətində təşkil olunmuş təlimin ilk günündə Mədəniyyət Nazirliyi strukturuna daxil olan və tabeliyində olan müəssisələrdə çalışan işçilərinin vahid elektron reyestri sistemində qurulmuş yeni modulun - əməkhaqqı ödəniş cədvəllərinin işlənilmə mexanizmi Nazirliyin əməkdaşı tərəfindən təlim iştirakçılarına praktiki izah olunub. Təlimçi bildirib ki, digər mədəniyyət müəssisələri ilə yanaşı, uşaq musiqi məktəblərinin də əməkhaqqı ödəniş cədvəllərinin elektron hazırlanması mümkün olacaqdır.
Cari ilin aprel ayından etibarən isə muxtar respublikanın bütün mədəniyyət müəssisələrinin əməkhaqqı cədvəllərinin elektron qaydada sistemə işlənilməsi təmin ediləcəkdir.