Türkiyənin “Daily Sabah” qəzeti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının “Bakının Qarabağ üzrə "ağıllı" planı parlaq gələcək vəd edir” (Baku’s “smart” Karabakh plan paints a bright future) başlıqlı məqaləsini dərc edib.
İİTKM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalədə Qarabağda inkişafın yeni modelinin qurulması qeyd olunub. Azərbaycan Qarabağın dirçəlməsi istiqamətində “ağıllı şəhər”, “ağıllı kənd” sistemlərini tətbiq etmək üçün bütün resursları və maraqlı tərəfləri səfərbər edib. İngilis dilində dərc olunan məqalədə qeyd olunub ki, hazırda Qarabağda smart region yanaşması tətbiq edilir: müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yanaşma, xarici kapital və ən əsası yeni idarəetmə modeli.
Əlavə olunub ki, Qarabağın yeni inkişaf modeli uğur qazanacağı təqdirdə Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək.
Məqalə ilə qeyd olunan link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/3u9kGb8